Baş nazir Anbarın xilası üçün ağır silahların çatdırılması göstərişini verdi - FOTO

Tikritin İŞİD terrorçularından təmizlənməsinin sonra İraq Baş naziri Heydər Əl İbadi İraqın ən böyük əyaləti olan Anbarın azad edilməsi üçün əməliyyat əmri verib.
 
Maide.az xəbər verir ki, Anbar əməliyyatına qoşulan silahlı qüvvələr arasında, İraq ordusu, Könüllü xalq milisləri, polis gücü, Peşmərgə və terrorla mübarizə qrupu da var.
 
Heydər Əl İbadi Anbarı mühasirəyə alan hərbi birliklərə ağır silahların çatdırılması göstərişini verib. 
 
Bici neft emalı zavoduna ağır silahlarla hücum edən İŞİD terrorçuları İraq ordusunun anında cavab verməsilə geri oturdulub. Qarşıdurmada onlarla İŞİD terrorçu öldürülüb.
 
 
 
 

Google+ WhatsApp ok.ru