Baş nazir meşə meyvəsi ilə bağlı öz qərarını ləğv etdi

Baş nazir meşə meyvəsi ilə bağlı öz qərarını ləğv etdi

Artıq meşədən itburnu, qoz, alma yığanları cərimə gözləmir

Nazirlər Kabineti meşələrdən meyvə yığmağa görə cərimə qərarını ləğv edib. Bu barədə baş nazir Novruz Məmmədov qərar imzalayıb. Qərarla “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” 2004-cü il 30 sentyabr tarixli qərarlarında dəyişikliklər edilməsi haqqında” 2019-cu il 31 yanvar tarixli əlavəsi ləğv olunub.
 
Xatırladaq ki, bir neçə gün imzalanan dəyişiklərdə yabanı (cır) meyvələrin (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 1 manat,
 
peyvənd meyvələr (alma, armud, zoğal, alça və s.) hər kiloqramına görə 2 manat,
 
itburnunun hər kiloqramına görə 2 manat,
 
çaytikanının hər kiloqramına görə 3 manat,
 
digər dərman bitkilərinin hər kiloqramına görə 2 manat,
 
şabalıd və fındığın hər kiloqramına görə 2 manat,
 
qozun hər kiloqramına görə 3 manat,
 
fıstıq toxumunun 1.5 manat,
 
palıdın hər kiloqramına 1 manat,
 
cökənin hər kiloqramına görə 1.5 manat ödəniş nəzərdə tutulurdu.
 
Bundan başqa, qamış, qarğı, meşə döşənəyi və tökülmüş yarpaqların hər kubmetrinə 50 qəpik ödəniş tətbiq olunacaqdı.
 
Bu barədə qərar ölkə ictimaiyyəti arasında qalmaqala səbəb olmuşdu.   /istipress/

Google+ WhatsApp ok.ru