Baş nazir sotulunun üstündən güllə və ölüm təhdidi olan məktubu tapdı

Baş Nazirlik binasındakı iş stolunda bir güllə və ölüm təhdidi olan məktub tapan Bolqarıstan baş  naziri Boyko Borisov təhdidin səbəbinin ölkədə qaçaqmalçılığa qarşı mübarizə olduğunu bildirib.
 
Borisov, "Bəzilərinin alver etmək təşəbbüslərini əngəlləyərək, büdcəyə 1,5 milyard avro əlavə gəlir təmin etdikdən sonra, maneə törədici təhdidlərin gəlməsi normal sayılır" - deyib.
 
Təhdidin bir ilk olmadığı kimi, sonuncu da olmayacağını söyləyən Borisov, "Uşaqları qorxutmayaq, həyatımda aldığım ən ciddi ölüm təhdidi bu deyil. Belə şeylərdən qorxmaq bir baş nazirə yaraşmaz" deyib.
 
Qaçaqmalçılıq kanalları işlədən gizli adamların ən azı 2,5 milyard avro zərərə düşdüyünü deyən Borisov, "Məni qorxudub, kefləri istəyəni edəcəklərinə inananlar, yanılırlar" - deyə danışıb.
 
Borisov Balkanlarda oxşar hadisələrin baş verdiyini, Bolqarıstanda 1996-ci ildə keçmiş baş nazirlərdən olan Andrey Lukanovun öldürüldüyünü xatırladıb.

Google+ WhatsApp ok.ru