`Bandotdel`də yeni təyinat

Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin yeni rəisi Seyfulla Əzimov kadr dəyişikliyi edib.
 
Aznews.az-ın məlumatına görə, o, idarənin Terrorizm və Banditizmə qarşı Mübarizə şöbəsinə yeni rəis təyin edib. S.Əzimov bu posta keçmiş işçisi, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşını gətirib.
 
Yeni təyinat alan şəxsin adı və soyadı məlum olsa da, həmin şöbə məxfi hesab olunduğundan bunun açıqlanması məqbul sayılmır.
 
Qeyd edək ki, Mirqafar Seyidovun yerinə təyin edilən Seyfulla Əzimov Quba Rayon Polis Şöbəsinin rəisi olub.
 
O, Quba rayon Polis Şöbəsinə rəis təyin olunmazdan öncə isə Nəsimi rayon 22-ci Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.

Google+ WhatsApp ok.ru