Bankdan oğurluq edib polisə silah çəkdilər, 6 nəfər öldü

Silahlı şəxslər İranın Lorestan əyalətində 4 nəfər silahlı şəxs bankdan oğurluq edib Mərkəzi əyalətinin Xumeyn şəhərinə qaçarkən polislə silahlı qarşıdurmaya giriblər, qarşıdurma nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb.
Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, ölənlərdən 3 nəfər polis zabitidir, 7 polis nəfəri isə yaralanıb.
Oğrular qaçarkən öz avtomobillərini buraxıb digər avtomobili ələ keçirmək istəyərkən yoldan keçən sürücü və onun 17 yaşlı oğlunu öldürür. Polislə atışma zamanı oğrulardan biri həlak olur, digər 3 nəfər isə qaçır. Yaralı polislərdən ikisinin vəziyyəti ağırdır. Hazırda qaçan oğruların axtarışları davam etdirilir.
Hadisə şənbə günü baş versədə İran KİV-lərinə hadisə ilə  bağlı məlumat ötən axşam yayılıb. /


 

Google+ WhatsApp ok.ru