Bankların əmanət yarışı: təkliflər cəlbedici olsa da, risklidir- VIDEO

Bankların əmanət yarışı: təkliflər cəlbedici olsa da, risklidir- VIDEO

Biri əmanətin əvəzinə xaricdə tətil, digəri müxtəlif hədiyyələr, əksər banklar isə yüksək faiz təklif edirlər. Hətta elə banklar var ki, manat əmanətinə 19 faiz gəlir vəd edir.
 
Banklar manatla əmanət cəlb etməkdə sanki yarışa giriblər. Ancaq təkliflər cəlbedici olsa da, riskli sayılır. Çünki Əmanətlərin Sığortalanması Fondu yalnız illik faiz dərəcəsi 12%-dək olan manat əmanətlərinə zamin durur.
 
İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, banklar tərəfindən təklif olunan yüksək faiz dərəcəsi, əslində onların zəif təşkilat olduğuna işarədir. Çünki riski yüksək olan maliyyə təşkilatları diqqəti yalnız bu üsulla cəlb edə bilir.
 
Yüksək faiz təklif edən banka etibar etməmək üçün daha bir səbəb odur ki, bu banklar, cəlb etdikləri əmanətlər hesabına verdikləri kreditləri də yüksək faizlə təklif edir. 
 
Yəni faiz yüksək olduğundan kredit alan vətəndaşlar vəsaiti qaytarmadıqda, bank əmanətçinin pulunu da qaytara bilmir. Nəticədə isə uduzmuş yenə əmanət qoyan vətəndaş olur.
 

Google+ WhatsApp ok.ru