Bankların qorxusu və....

Bankların qorxusu və....

"Exo" qəzetində "Azərbaycan bankları daha kredit kartları "paylamırlar"" sərlövhəli məqalə oxumaq olar.
 
Yazıda bank sektorundakı durum ekspert Əkrəm Həsənovla dəyərləndirilir.
 
"Gəlirlərinin azalması üzündən Azərbaycan əhalisinin kredit kartlarına tələbatı var. Amma maliyyə institutları bu kartları vermirlər. Aydındır ki, banklar bu barədə açıq danışmırlar, amma praktiki olaraq kart verilməsini dayandırıblar", -deyə ekspert vurğulayıb.
 
Ə.Həsənovun fikrincə, banklar kreditləri manatla yox, dollarla vermək istəyir. Amma kreditlərin qaytarıla bilməməsi qorxusundan kartları hamıya verə bilmirlər.
 
Ə.Həsənov vurğulayır ki, burada Maliyyə Bazarlarına Nəzarət Palatasının kreditlərin gəliri minimum əməkhaqqının üç mislindən çox olan şəxslərə verilməsi ilə bağlı tövsiyəsinin də öz rolu var:
 
"Unutmaq lazım deyil ki, Azərbaycanın əksər vətəndaşlarının gəlirinin böyük hissəsi qeyri-rəsmidir, əvvəllər banklar bunu nəzərə alırdılar, amma indi almırlar".
 
Ə.Həsənov deyir ki, bu duruma uyğun olaraq banklar kredit verməyə qorxur, əhali isə bəzi problemlərinin həlli məqsədilə kredit götürməyə məcburdur.
 
Yazıda xatırladır ki, 2016-cı il yanvarın 1-də dövriyyədə 5 milyon 700 min ədəd ödəniş kartları olub. Bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 306 min azdır.
 
Müəllif hesab edir ki, azalma prosesi sonra da davam edib.
 
Ödəniş kartlarının əhəmiyyətli dərəcədə azalması bankların müştərilərin dairəsini daraltması ilə bağlıdır.
 
Yazıda vurğulanır ki, hökumətin kartlardan nağdsız hesablaşmalarda istifadə olunmasına dair tövsiyələri də nəzərə alınmır. /

Google+ WhatsApp ok.ru