Banklar ucdantutma problemli kredit balalayır

Banklar ucdantutma problemli kredit balalayır

“Azadlıq-info”da “Banklar ucdantutma problemli kredit balalayır” sərlövhəli məqalədə problemli kreditlərin  artmasının səbəbləri araşdırılır.
 
İqtisadçı-ekspert Nemət Əliyev deyir ki, son 3 ayda problemli kreditlər 114 milyon manat və ya 9 faiz artıb və 2020-ci ilin yanvar ayının əvvəlinə 1,273 milyard manat, aprel ayının əvvəlinə isə 1,387 milyard manat problemli kredit qeydə alınıb.
 
Ekspert yada salır ki, 2019-ciu ilin fevral ayının sonunda dövlət başçısı fiziki şəxslərin problemli kreditlərinin həlli çərçivəsində banklara 682 milyon manat vəsait ayrılması haqqında fərman imzalamışdı.
 
Müəllifə görə, fərman imzalanarkən ölkədə 1,575 milyard manat məbləğində problemli kredit vardı.
 
O milyonları əldə edəndən sonra banklar elə say sistemi tətbiq etdilər ki, problemli kreditlər 2019-cu ilin sonunadək 1,273 milyard manata qədər düşə bildi.
 
Onun sözlərinə görə, problemli kreditlər cəmi 302 milyon manat həcmində azaldı.  problemli kreditlər.
 
Müəllif deyir ki, problemli kreditlər bu ilin yanvar, fevral və mart aylarında daha 114 milyon manat və ya 9 faiz artaraq 1,387 milyard manatadək yüksəlib.
 
Müəllif hesab edir ki, iqtisadi fəallığın zəifləməsi, əhali və biznes gəlirlərinin əhəmiyyətli dərəcədə azalması, habelə bankların bağlanması fonunda problemli kreditlərin bundan sonra daha da artacağına heç bir şübhə yoxdur.
 

Google+ WhatsApp ok.ru