Bankların müflisləşməsi davam edə bilər...

Bankların müflisləşməsi davam edə bilər...

Musavat.com saytında "Əksər banklar "reanimasiya" vəziyyətindədir" sərlövhəli məqalə diqqət çəkir.
 
Yazıda ölkə banklarının durumu ekspert Əkrəm Həsənovla qiymətləndirilir.
 
Müəllif hesab edir ki, iqtisadi böhran dərinləşdikcə, ölkədə bank sektorunun durumu daha çıxılmaz olur.
 
Yazıda təxmin edilir ki, 2017-ci ildə daha bir neçə bank müflis ola bilər: "Bank sektorunda kreditləşmə demək olar ki, dayanıb. Problemli kreditlərin qaytarılması prosesi daha da çətinləşib. Nəticədə banklar əmanətləri qaytarmaqda çətinlik çəkirlər".
 
Müəllifə görə, bu durum həm iş adamlarını, həm də sadə vətəndaşları narahat edir.
 
Yazıda qeyd edilir ki, indi banklar ancaq valyuta alqı-satqısı ilə məşğul olurlar. 4-faizlik marjanın ləğvindən sonra valyutanı əhalidən ucuz alıb baha satmaqla bu prosesdən qazanc əldə edirlər: "Ümumən bank sektoru çox ağır durumdadır. Problemli kreditlərin həcmi durmadan artır, əmanətlərin həcmi isə kəskin azalır. Hətta banklar bunu gizlədir. Bank sisteminə etimad sarsılıb, bankların təxminən yarısı hesabatları gizlədir, açıqlanan hesabatlara isə etibar azdır", -deyə ekspert Ə.Həsənov qəzetə bildirib.
 
Ekspert hesab edir ki, bu il banklara daha ağır olacaq. O da bu il bir neçə bankın müflisləşəcəyini təxmin edir.
 
Ekspert vurğulayır ki, müflis olmuş bankların ləğvi prosesi də qeyri-şəffaf aparılır: "Minlərlə vətəndaş və şirkətlər həmin banklarda milyonlarla vəsaitini itirib. Odur ki, sahibkarlar bankda pul saxlamağa qorxur. İş o yerə çatıb ki, banklar yalandan müştərilərə deyir ki, ayda 30 min manatdan çox pul nağdlaşdırmaq olmaz".
 
Yazıda deyilir ki, indi bəzi banklar can verir... /

Google+ WhatsApp ok.ru