Bankın vəzifəli şəxsi barəsində cinayət işi başlanılıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Muğanbank” ASC-nin Kredit Departamentinin müdirinin qanunsuz əməlləri barədə Bakı Apellyasiya Məhkəməsinin xüsusi qərardadı araşdırılıb. "Report" xəbər verir ki, bu barədə İdarədən məlumat verilib.
 
Araşdırma zamanı “Muğanbank” ASC-nin Kredit Departamentinin müdiri Samir İsmayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə vətəndaşın razılığı olmadan saxta etibarnamə əsasında ona məxsus mənzili qanunsuz olaraq qeyd olunan bankın xeyrinə ipoteka ilə yüklü etməklə vəzifə saxtakarlığı etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
 
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Google+ WhatsApp ok.ru