Bankomatların birgə şəbəkəsi yaradılıb

Bankomatların birgə şəbəkəsi yaradılıb

Mərkəzi Bankın təşəbbüsü ilə “birgə bankomat şəbəkəsi” yaradılaraq istismara verilib.
 
Bu barədə Mərkəzi Bankın məlumatında ​​deyilir.İlkin mərhələdə şəbəkəyə 11 bank– «AccessBank», «AFB Bank», «Azer-Turk Bank», «Bank of Baku», «Expressbank», «Gunay Bank», «TuranBank», «Unibank», «Yelo Bank», «Yapi Kredi Bank» (Azerbaijan), «Ziraat Bank» (Azerbaijan), eləcə də «Azərpoçt» MMC qoşulub.
 
Nəticədə, sözügedən bankların müştəriləri 500 bankomatdan ibarət "birgə bankomat şəbəkəsi"ndən daha əlverişli şərtlərlə istifadə edə biləcəklər. Yaradılmış “birgə bankomat şəbəkəsi” müştərilərə daha əlverişli maliyyə xidmətlərinin təqdim edilməsi məqsədilə bankların bankomat şəbəkəsinə çəkdiyi xərclərin optimallaşdırılmasına imkan verəcək.
 
"Gələcəkdə "birgə bankomat şəbəkəsi"nin əhatə dairəsinin genişləndirilməsi və digər bankların da sözügedən şəbəkəyə qoşulması nəzərdə tutulur. Eyni zamanda, Mərkəzi Bank tərəfindən ödəniş xidməti haqlarının istehlakçılar və təsərrüfat subyektləri üçün daha əlverişli olması istiqamətində davamlı tədbirlər həyata keçiriləcək", - AMB-dən bildirilib.

Google+ WhatsApp ok.ru