`Bank Technique` müştərilərin kart hesablarını dondurdu

Bank Technique" ASC-nin müştəriləri sahib olduqları plastik kartların depozit hesablarından vəsaitlərini nağdlaşdıra bilmirlər.
 
Bu barədə "Report"a bankın müştəriləri məlumat verib.
 
Məlumata görə, bir müddət əvvəl kart hesablarına limit qoyulan müştərilər ötən həftənin sonundan etibarən hesablarındakı vəsaiti nağdlaşdıra bilmirlər. Banka müraciət edən müştərilərə isə pulu nağdlaşdırmaq üçün baş ofisə yaxınlaşmaq məsləhət görülür.
 
Maraqlıdır ki, "Bank Technique"in Marketinq Departamentindən sayta verilən açıqlamada bankın öz bankomatlarında pul nağdlaşdırılması ilə bağlı problemin olmadığı, digər banklara məxsus bankomatlarla bağlı isə məlumatsız olduqları deyilib. /

Google+ WhatsApp ok.ru