Banqladeşə sığınan 320 min myanmalı uşaq qorxunc həyat şərtləri ilə üz-üzədir

Banqladeşə sığınan 320 min myanmalı uşaq qorxunc həyat şərtləri ilə üz-üzədir

Bu uşaqların təcili olaraq qida, təmiz su və səhiyyə xidmətlərinə ehtiyacı var

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) Myanma ordusununun zülmündən Banqladeşdə sığınan 320.000 uşaqın düşərgələrdə qorxunc həyat şərtləri altında qaldığını bildirib. 
 
Maide.Az "AA"-a istinadən xəbər verir ki, UNICEF yayımladığı hesabatda, hər gün 1200 -1800  uşağın sərhədi keçərək Banqladeşə sığınmaq məcburiyyətində qaldığı və son bir neçə gündə sərhədin Banqladeş tərəfinə 10 minə yaxın uşağın ayaq basdığı bildirilib.
 
Bir müddət öncə Banqladeşin Koks Bazar şəhərindəki düşərgəni ziyarət edən Fondun baş direktoru Anthony Lake hesabata dair verdiyi açıqlamada bildirib ki, "Banqladeşə sığınan bir çox Arakanlı uşaq, bir uşağın heç vaxt görməməli olduğu vəhşiliyə şahidlik edib və hamısı yaşadıqları çox böyük itkilərdən əzab-əziyyət çəkir."
 
A.Lake, bu uşaqların təcili olaraq qida, təmiz su və səhiyyə xidmətlərinə ehtiyac duyduğunu vurğulayıb. 
 
Uşaqların psixoloji baxımdan da yardıma ehtiyacları olduğunu bildirən A.Lake "Onların ayrıca dözdükləri ağrıların öhdəsindən gəlməsi üçün yardıma, təhsilə, psixoloji dəstəyə və ümidə ehtiyacı var.Bu böhran onların uşaqlığını çalır. Eyni zamanda onların gələcəyinin oğurlanmasına icazə verməməliyik ".
 
UNICEF-in hesabatına görə, Banqladeşə sığınan 582 min rohinca müsəlmanının 320 minini uşaqlar təşkil edir və onların qaldıqları düşərgələrdəki həyat şərtləri və su yolu ilə yoluxan xəstəliklərin uşaqlar üçün təhlükə mənbəyidir, qeyri-kafi bəslənmə və vəba xəstəliyi də onlar üçün böyük risk yaradır.
 

 

Google+ WhatsApp ok.ru