Banqladeşə sığınan 500 mindən çox uşağın təcili humanitar yardıma ehtiyacı var

Banqladeşə sığınan 500 mindən çox uşağın təcili humanitar yardıma ehtiyacı var

Myanma ordusu ə irqçi buddistlərin zülmündən qaçaraq Banqladeşə sığınan və bu ölkənin Kakasbaza qaçqın düşərgəsində məskunlaşan Rohingiyalı müsəlmanların uşaqları təhsildən məhrumdur.
 
Maide.Az İQNA-a isitnadla xəbər verir ki, BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Beynəlxalq Uşaq Təcili Yardım Fondunun 10 İyul 2019-cu il tarixdə yaydığı hesabatda deyilir ki, Koks Bazar qaçqın düşərgəsində 4 mindən çox rohingiyalı ailə acınacaqlı vəziyyətdə yaşayır. 
 
Onların çoxu güclü yağışlardan sonra yaranan sel və daşqınlardan əziyyət çəkir. Bəziləri  təhlükəsizlik yerlərə köçürülüb.
 
UNİCEF-in hesabatında deyilir: Düşərgədə yaşayan qaçqınların vəziyyəti getdikcə ağırlaşır. Onların humanitar yardımlara ehtiyacı çoxalıb. Uşaqların təhsil mərkəzlərinin bir qismi tamamilə və 750-dən çoxu da qismən dağılıb.
 
Həmçinin 12-dən çox uşaq saxlama mərkəzi, 47-dən çox su paylama məntəqəsi və 600-dən çox tualet və hamam təchizatı sel yağışları zamanı xəsarət alıb.
 
Hazırda 500 mindən çox uşağın təcili humanitar yardıma ehtiyacı var.
 
Qeyd edək ki, Myanmar ordusunun Arakan ştatında 2017-ci ilin 25 avqustundan bu yana davam edən hücumları nəticəsində çox sayda arakanlı müsəlman həyatını itirib. Hücumlarda hədəf alınan 200-dən  çox kənd yandırılıb. On minlərlə arakanlı müsəlman can təhlükəsizliyi səbəbilə bölgədən qaçmağa çalışır.
 
Vətəndaşlar quru və dəniz yolu ilə Myanmardan Banqladeşə keçməyə cəhd edib. 
 
Arakanlı qeyri-hökumət təşkilatları həyatını itirən müsəlmanların sayının 3 minə yaxın olduğunu bildirir. 
 
 
 

 

Google+ WhatsApp ok.ru