Banqladeş arakanlı müsəlmanları adaya yerləşdirmək istəyir

Banqladeş arakanlı müsəlmanları adaya yerləşdirmək istəyir

-- Arakanlılar isə həmin adaya getmək istəmədiklərini bildiriblər.

Myanmada buddist hakimiyyətin zülm və işgəncələrindən qaçaraq Banlqadeşə sığınan Arakan müsəlmanlarının tragediyası davam edir.
 
Maide.az İRNA-a istinadən xəbər verir ki, Banqladeş hökuməti arakanlıları “Başa Çar” adlı tərk edilmiş və yaşayış olmayan sahibsiz adaya yerləşdirmək istəyir.
 
Arakanlılar isə həmin adaya getmək istəmədiklərini bildiriblər.
 
Bundan başqa, məcburi köçkünlərin sığınacağından digər problem insan alveri ilə bağlıdır. Əsasən 13-17 yaş arası yetim qızları müxtəlif iş bəhanələri ilə aldadan insan “tacirləri” qızları cinsi istismara məruz qoyurlar.
 
Qeyd edək ki, Beynəlxalq humanitar yardım təşkilatı olan Sərhədsiz Həkimlər  Myanma ordusunun müsəlmanlara qarşı  törətdiyi cinayətlərə dair hesabatına bildirib ki,   1 ay ərzində  (25 avqust – 24 sentyabr 2017-ci ildə)  Raxin əyalətindaə Myanma ordusunun  zülmü nəticsəində  10 min Rohinciyalı müsəlman qətliam olunub. 
 
Sərhədsiz Həkimlər mart ayına dair yayımladığı hesabatında  9 min 400 nəfirin  bu müddət ərzində  öldürüldüyü bildirilir.  Onlardan 6 min 700 nəfəri  bir başa Myanma ordu qüvvələrinin zülmü  və zorakılığı nəticəsində  həyatını itirib.
 
Hesabatda  bu dövr ərzində 5 yaşdan aşağı  ən az 730 uşağın öldürüldüyü qeyd olunub. 
 
Sərhədsiz Həkimlər Təşkilatının hesabatında bildirilir ki,  ölənlərin əksəriyyəti işkəncələr və zorakılıqlar nəticsəində həyatını itirib. Bu kimi zorakılıq bəşəriyyət əleyhinə cinayət hesab olunur. 
 
Xatırladaq ki, Myanmada zülm və işgəncələr səbəbindən 690 min müsəlman Banqladeşə sığınıb.
 
1970-ci illərdə Arakanda təxminən 2 milyon müsəlman yaşayırdı, lakin  ifratçı buddistlrəin və Myanma ordusunun  sistematik hücumlardan canlarını qurtarmaq bu rəqəm 350 mindən aşağı düşüb.

 

Google+ WhatsApp ok.ru