Banqladeşdə Aşura günü baş verən terror hücumunda 2 nəfər şəhid olub, 150 nəfər yaralanıb

Banqladeşin Dəkkə şəhərində Şiələrin əzadarlıq məclisinə təşkil olunan terror hücumu nəticəsində 2 nəfər şəhid olub, 150-dən artıq əzadar  yaralanıb.
 
Maide.az xəbər   ki, Banqladeşin Dəkkə şəhərində yerləşən Dalan Dini Mərkəzində şənbə günü səhər İmam Hüseyn (ə) əzadarlıq məclisində güclü partlayış baş verib, insident nəticəsində onlarla şiə qanına qəltan edilib.
 
Partlayışı törədilməsində kustar üsulla hazırlanmış 3 ədəd bombadan istifadə olunub ki bir gəncin şəhid olmasına və 150-dən çox insanın yaralanmasına səbəb olub.
 
Dəkkədən verilən məlumatlara görə, bu ilk dəfədir ki bu ölkədə Aşura günü İmam Hüseyn (ə) əzadarlarına qarşı terror aktı həyata keçirilir.
 
Dəkkə şəhər Polis İdarəsinin rəisi yaraqlıların bu partlayışlarda əli olması versiyasını istisna edərək deyib: Təxribatçılar ölkədə stabilliyi pozmaq və xaos yaratmaq üçün bu hücumda əli var.
 
Polis indiyədək hadisə ilə bağlı şübhəli bilinən üç nəfəri saxlayıb.  
 
Banqladeş baş nazirinin baş müşaviri Seyid Qohər Rəzəvi jurnalistlərin suallarını cavablayarkən Polis rəisinin açıqlamalarına münasibət bildirərək deyib: Dəqiq araşdırmalar başa çatmadan kimlərin bu hadisədə əli olduğunu demək çətindir. /
 
 

Google+ WhatsApp ok.ru