Banqladeşdə İslam Partiyasının lideri edam edilib

1971-ci ildə milli azadlıq hərəkatının aktiv iştirakçısı və  ölkənin ən böyük partiyalaraından olan “Camaat-i İslam” Partiyasının lideri Motiur Rəhman Nizami asılaraq edam edilib.
 
Maide.Az Azadliq.org saytına istinadən xəbər verir ki, Ədliyyə naziri Anisul Haq Reuters agentliyinə deyib ki, Camaate-İslami partiyasının rəhbəri Nizami, Ali Məhkəmə onun son əfv ricasını rədd etdikdən dərhal sonra Dəkkənin Mərkəzi Həbsxanasında edam edilib.
Müxalifət lideri Khaleda Zia-nın hökumətində nazir olmuş 73 yaşlı Nizami barəsində ölüm hökmü 2014-cü ildə çıxarılmşdı.
 
73 yaşlı islamçı lider soyqırım, cinayət, işgəncə və təcavüz daxil olmaqla, 16 cinayətdə  ittiham olunara mühakimə olunub. 
O 2000-ci ildən  “Camaat-I İslam” Partiyasının lideridir. O, 2001-2006-cı illərdə Banqladeşdə qurulan koalisiya hökumətində nazir olub. Banqladeş əhalisinin sayı 140 milyon nəfərdir ki, onların  90 faizi müsəlmandır.
 
Xəbər verilir ki, 2013-cü ildən bəri Banqladeşdə 5 müxalifət nümayəndəsi edam edilib. Onlardan 4-ü Camaate-İslami partiyasının üzvləri idilər.
Partiya üzvləri bildirirlər ki, Nizamiyə qarşı ittihamlar əsassız idi və o siyasi qisasın qurbanı olub.
 
Partiya bu edama etiraz olaraq ölkə boyunca tətilə çağırıb. Nizaminin böyük oğlu Nakibur Rəhman verdiyi açıqlamada həbsxana rəsmilərinin ona atasının edam edildiyi xəbərini çatdırdıqlarını bildirib. “Camaati İslami” üzvlərini təmkinli olmağa dəvət edən Rəhman, "Ailə üzvləri olaraq mətanətli və güclü olmağa çalışırıq. Səbr etməkdən başqa çarəmiz yoxdur. Atamızın şəhid olduğuna inanırıq. Onun göstərdiyi yolu təqib edəcəyik. Bütün müsəlmanları atam üçün dua etməyə dəvət edirəm", deyib
 

 

Google+ WhatsApp ok.ru