Banqladeşdə qatar relslərdən çıxıb: ölü və yaralılar var

Banqladeşdə qatar relslərdən çıxıb: ölü və yaralılar var

Banqladeşin şərqindəki Maulbibazar ərazisində sərnişin qatarının relslərdən çıxması nəticəsində ən azı 5 nəfər ölüb, 100 nəfər yaralanıb.
 
Maide.Az bildirir ki, bu barədə yerli qəzet "Daily Star" bildirib.
 
Nəşrdə bildirilir ki, Silhet şəhərindən paytaxt Dəkaya qədər gedən "Upaban Express" qatarının vaqonlarından biri relslərdən çıxaraq kanala düşüb, digər iki vaqon isə kanalın sahillərinin yaxınlığında düşüb. Bir neçə vaqon relsdən çıxıb.
 
Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Polis hadisənin səbəblərini araşdırır. /trend /
 

Google+ WhatsApp ok.ru