Banqladeşdə ən böyük məscidin xüsusiyyətləri 08 May 2020 13:52 Dünya Banqladeşin paytaxtı Dəkkədəki Beyt Əl-Mükərrəm məscidi 1968-ci ildə İslam memarlığı üslubunda dizayn edilmiş və inşa olunmuşdur. Maide.Az xəbər verir ki, sosial mediada yayımlanmış xəbərə görə, Beyt Əl-Mükərrəm məscidi Banqladeşdə ən böyük məsciddir. 30.000 nəfərlik tutumu olan bu məscid ibadət edənlərin sayına görə dünyada onuncu ən böyük məsciddir. Ancaq Ramazan ayında xüsusilə sıxlıq olur. Buna görə də Banqladeş hökuməti məscidin ərazisini 40.000 insanın ibadət edə bilməsi üçün genişləndirib. Beyt Əl-Mükərrəm məscidi müasir memarlığın müxtəlif xüsusiyyətlərinə malik olsa da, Hindistan yarımadasında uzun müddət hakim memarlıq kimi istifadə olunan ənənəvi monqol memarlığının prinsiplərini də qoruyub saxlayır. Beyt Əl-Mükərrəm məscidinin binası 8 platformadan ibarət 30 metr hündürlükdə tikilib. Memarlığın quruluşu və ətrafı məscidin həyətinə kifayət qədər işıq və havanın daxil olmasına imkan verir. Məscidin dizaynında həddindən artıq bəzəklərin istifadəsinin qarşısı alınıb, çünki minimalist oymadan istifadə müasir memarlıqda geniş istifadə olunan bir üsuldur. Teqlər : #Banqladeşdə,#ən,#böyük,#məscidin,#xüsusiyyətləri, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 2020-ci ildə dünyada turistlərin sayı 78 faiz azala bilər Oruc tutmaq koronavirusa yoluxma riskini artıra bilərmi? - ÜST açıqladı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO