Banqladeşdən Myanmaya nota

Banqladeşdən Myanmaya nota

-- “Əsgərlərinizi geri çəkin”

Myanma ordusu sərhəd istiqamətində tərəfsiz bölgədə yerləşən, radikal buddistlərdən qaçaraq çadırlara sığınan Arakan müsəlmanlarının qaldığı Tombru istiqamətinə əlavə hərbi qüvvələr göndərib.
 
Maide.az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, məsələ ilə bağlı Banqladeşdən Myanmaya nota verilib.
 
Banqladeş Sərhəd Mühazifəsi Xidmətinin generalı Mocibur Rəhman bildirib ki, Myanma hərbiçiləri bölgədə yaşayan 6 minə yaxın müsəlmanı Banqladeş istiqamətinə qovmağa çalışırlar. Hətta səsgücləndiricilər vasitəsilə xəbərdarlıqlar da edirlər.
 
Banqladeş Xarici İşlər Nazirliyi Myanmanın bu ölkədəki səfirini çağıraraq hərbi qüvvələrin geri çəkilməsini tələb ediblər.
 
Qeyd edək ki, 2017-ci ilin avqust ayının 25-dən  etibarən Myanmada zülm və işgəncələr səbəbindən 688 min müsəlman Banqladeşə sığınıb. 350-yə yaxın isə müsəlman kəndi yandırılıb.
 
1970-ci illərdə Arakanda təxminən 2 milyon müsəlman yaşayırdı, lakin  ifratçı buddistlrəin və Myanma ordusunun  sistematik hücumlardan canlarını qurtarmaq bu rəqəm 350 mindən aşağı düşüb. 
 

Google+ WhatsApp ok.ru