Baş pediatrdan valideynlərə xəbərdarlıq: “İstilərdə uşaqlarınızı bunlardan qoruyun!”

Baş pediatrdan valideynlərə xəbərdarlıq: “İstilərdə uşaqlarınızı bunlardan qoruyun!”

Yay mövsümündə uşaqlar arasında mədə-bağırsaq pozğunluqları, ishal və qusma, eyni zamanda günvurma kimi hallara rast gəlmək olar. İlan sancması, ağcaqanad və həşəratların dişləməsinə də bu fəsildə çox rast gəlinə bilər. Yay mövsümü allergik xəstəliklərin də kifayət qədər proqressivləşə biləcəyi bir dövrdür.
 
Sadalan halların qarşısını almaq üçün hansı təfbirlər görülməlidir, bu və ya digər sualların cavabını Respublikanın baş pediatrı. Nəsib Quliyev açıqlayıb.
 
Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, N.Quliyev yay xəstəlikləri barədə danışarkən valideynlərin də üzərinə mühüm vəzifə düşdüyünü qeyd edib:
“İlk növbədə, valideynlər övladlarına qarşı diqqətli və qayğıkeş münasibət bəsləməli, mövsüm zamanı uşaqların düzgün qidalanmasına ciddi fikir verməlidirlər. Ən mühüm məsələlərdən biri uşaqların təmiz su ilə qidalanmasıdır. Dünyada aparılan çoxsaylı araşdırmalar göstərib ki, xəstəliklərin qarşısını almaq üçün ən təsirli tədbir təmiz sudan istifadədir. Hətta tədqiqatlar sübut edib ki, yer üzündə hamının təmiz su ilə qidalanması mümkün olsaydı, onun səmərəsi peyvənddən daha üstün olardı. Bununla yanaşı, qaynadılmamış suyun uşaqlara verilməsi də yolverilməzdir. Qaynadılıb soyudulmuş, otaq temperaturunda olan sudan uşaqlar rahat şəkildə istifadə edə bilərlər. Yay fəslində qidaların çeşidi çoxalır. Lakin bunun mənfi cəhəti ondan ibarətdir ki, havalar isti olduğuna görə onların saxlanmasına və soyutma rejiminə əməl etmədikdə qidaların bakterioloji cəhətdən çirklənərək xəstəlik törətməsi ehtimalı artır.
Mədə-bağırsaq xəstəliyi əlamətləri görünən kimi dərhal mütləq həkimə müraciət edilməsi zəruridir. Özbaşına, el arasında qəbul edilmiş primitiv üsullarla onların müalicəsini aparmaq olmaz, çünki əksər hallarda həmin üsullar xeyir əvəzinə zərər gətirir”.
 
İsti və günəşli havalarda uşaqların qorunması məsələsinə toxunan professor günəşin, havanın, qum və su vannalarının uşaqların orqanizminin möhkəmləndirilməsində çox böyük rolu olduğunu diqqətə çatdırıb:
“Lakin müəyyən rejim və qaydalara əməl olunmadıqda istivurma və günvurma kimi ağır hallarla üzləşilir. Ona görə də çimərliyə günün infraqırmızı şüalarının çox olduğu vaxtlarda yox, nisbətən sərin vaxtlarda üz tutmaq məsləhətdir. Əks halda dəri və baş beyin problemləri ola bilər”.
Pediatr ana südü ilə qidalanan körpələrin qidasını dəyişdirmək və əlavə qida vermək fikrindən yay aylarında uzaq olmağı da tövsiyə edib. Özünü ilk növbədə dəri səthində büruzə verən və qırtlağın ödeminə, boğulmayadək ağır hallara səbəb olan allergik xəstəliklər zamanı da vaxtında həkimə müraciət etməyi məsləhət görüb. /

Google+ WhatsApp ok.ru