Baş prokuror Coş Şapiro: Vatikan kilsələrdəki uşaq təcavüzünü ört-basdır edirmiş

Baş prokuror Coş Şapiro: Vatikan kilsələrdəki uşaq təcavüzünü ört-basdır edirmiş

ABŞ-ın Pensilvaniya ştatında yüzlərlə Katolik keşişin mindən çox uşağa cinsi təcavüz etdiyinin ortaya çıxmasından sonra Vatikanın illər boyu hadisələrdən xəbərdar olduğu və buna görə üstünü örtdüyü məlum olub.
 
Maide.Az bildirir ki, FaktXəbər-in məlumatına görə, Pensilvaniya baş prokuroru Coş Şapiro NBC televiziyasında qatıldığı proqramda bununla bağlı əllərində dəlillər olduğunu deyib.
 
Şapiro daha sonra CNN-ə verdiyi açıqlamada hansı dəlillərə sahib olduqlarını söyləməyərək, "Vatikanın bunu öyrəndikdə Papaya xəbər verib vermədiyini bilmirəm", - deyə vurğulayıb.
 
Məsələnin ört-basdır edilməsinin xüsusi bir məqsədi olduğuna diqqəti çəkən Şapiro, "bu, sadəcə xalqdan, ya da kilsədən saxlanmaq üçün hazırlanmış ört-basdır planı deyildi. Bu, eyni zamanda hüquqi sanksiyalardan da qaçmaq üçün idi. Yəni mənim kimi hüquqşünaslar törətdikləri cinayətlərə görə onlara qarşı ittiham irəli sürə bilməyəcəkdi", - deyib.
 
Şapiro iki illik istintaqdla sonra uşaqlara qarşı cinsi təcavüzün Pensilvaniya və Vatikandakı stajlı kilsə rəsmiləri tərəfindən sistematik şəkildə ört-basdır edildiyi nəticəsinə nail olduqlarını açıqladıqdan sonra yaratdıqları "Qaynar xətt"ə 730-dan artıq yeni şikayət gəldiyini söyləyib.
 
Vatikan Mətbuat Ofisinin rəhbəri Qreq Burke isə məsələyə dair açıqlama verməkdən imtina edib.
 
İstintaqa təcavüzlə məşğul olan 300-dən çox keşişin adı məlumdur. 
 
Hakimlər hesabatda bəzi sənədlərin itdiyini bildirir və cinsi təcavüzə məruz qalmış bəzi uşaqların danışmaqdan qorxduğu üçün sayların daha çox olduğunu düşünürlər. 
 
Qurbanlarının çoxu oğlan uşaqları olub.

Google+ WhatsApp ok.ru