Baş Prokurorluğun helikopterin vurulması ilə baglı cinayət işi açdı

Baş Prokurorluğun helikopterin vurulması ilə baglı cinayət işi açdı

Noyabrın 9-da Ermənistan-Azərbaycan sərhəddinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması nəticəsində 2 hərbi qulluqçunun həlak olması, 1 nəfərin isə yaralanması faktı ilə bağlı cinayət işi qaldırılıb.
 
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. 
 
Məlumata görə, cinayət işi CM-in 342.2-ci (qulluğa səhlənkar yanaşma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə) maddəsi ilə açılıb. İstintaqın aparılması Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna həvalə edilib. Cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən hərbi mütəxəssislərin iştirakı ilə raketin atıldığı qurğuya, habelə informasiya sistemlərinə baxış keçirilib, raketin atıldığı hərbi hissənin hərbi qulluqçuları dindirilib, zəruri olan sənədlər götürülüb və digər lazimi istintaq hərəkətləri həyata keçirilib.
 
Hazırda qeyd edilən fakta görə təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.  
 
 

Google+ WhatsApp ok.ru