Baş Qərargah rəisi: ‘İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir’ 16 Yanvar 2019 14:53 Qarabağ xəbərləri "İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir". Maide.Az xəbər verir ki, "Report"un məlumatına görə, bunu İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri yanvarın 16-da Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin qəbulunda olan zaman deyib. Baş Qərargah rəisi bildirib ki, İran bundan sonra da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək: "Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır". Prezident İlham Əliyev bu qardaşlıq mövqeyinə görə onun təşəkkürlərinin İran rəhbərliyinə çatdırılmasını xahiş edib və Azərbaycanın İran tərəfinin bu ədalətli mövqeyini yüksək qiymətləndirdiyini bildirib. Dövlət başçısı işğal edilmiş ərazilərdə Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdılması barədə Məhəmməd Baqerini məlumatlandırıb. Teqlər : #Baş,#Qərargah,#rəisi:,#‘İran,#Qarabağ,#torpaqlarını,#Azərbaycan,#torpaqları,#hesab,#edir’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şəhidə ‘həlak oldu‘ demək düzgündürmü? Qarabağ üçün mühüm görüş başladı
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni