Başqırdıstanda qadın təkbaşına məscid inşa edib - FOTO

Rusiyanın Sibir meşələrinin əhatəsindəki Hanti-Mansiysk Muxtar bölgəsində yaşayan Fanziye Karmanova adlı 68 yaşlı müsəlman qadın təkbaşına altı ildə məscid inşa edib.
 
Maide.az xəbər verir ki, Fanziye Karmanova Başqırdıstanın Kuzbaevo Buraevskoqo bölgəsində 1947-ci ildə anadan olub. İslam dinini nənələrindən öyrənib. Nənələri dindar qadınlar olub. Quran oxuyan, namazlarını vaxtında qılan. Fanziye Karmanova da körpəlikdən onlardan Allah sevgisi və Ona itaət və ibadəti öyrənib. 
 
Karmanova Sibirin dərinliklərindəki Sovet şəhərinə köçəndə burada nə məscid, nə də müsəlmanlara aid bir təşkilat tapa bilib. Fanziye Karmanova burada Quran oxumağı bilən biriylə tanış olub. Qalan tatarlar və başkırlar da ondan Quran öyrənməyə başlayıblar. Beləliklə tədbirlərdə və iftar süfrələrində toplaşan toplum yaranıb. İnsanlar bir məscidə ehtiyac olduğundan bəhs ediblər, amma kimsə inşa cəsarəti tapmayıb.
 
Fanziye Karmanova isə özündə cəsarət toplayaraq, təkbaşına altı ildə məscidi inşa etdirib. Tikintidə şəxsən çalışan Karmanova ibadətgahın xərclərinin çoxunu da cibindən ödəyib.
 

Google+ WhatsApp ok.ru