Barak Obama Məhəmməd Əlinin dəfn mərasimində iştirak etməyəcək

ABŞ prezidenti Barak Obama əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə qatılmayacaq.
 
Maide.Az-ın məlumatına görə, bunu Ağ evin rəsmi nümayəndəsi Con Fridman bildirib.
 
“Prezident xanımı ilə birgə Vaşinqtonda qızı Maliyanın məzun gecəsində iştirak edəcək”, – deyə Fridman qeyd edib.
 
Onun sözlərinə görə, Obamanın köməkçilərindən biri dəfn mərasimində prezident və birinci xanımın adından məktub oxuyacaq.
 
Qeyd edək ki,əfsanəvi müsəlman bokusçu Məhəmməd Əli cümə günü Arizona xəstəxanalarının birində 74 yaşında dünyasını dəyişib.
 
Məşhur idmançının dəfn mərasimi doğma şəhəri Luisvill şəhərində iyunun onu baş tutacaq. Bokuşçu müsəlman adət-ənənəsilə torpağa tapşırılacaq. /

Google+ WhatsApp ok.ru