Baş ravvin işğal altındakı Fələstin torpaqlarında azan qadağasına etiraz etdi

Baş ravvin işğal altındakı Fələstin torpaqlarında azan qadağasına etiraz etdi

Sionist İsrail rejiminin baş ravvini David Lava işğal altındakı Fələstin torpaqlarında azanın yayımlanmasının qadağan edilməsinə etiraz edib.
 
Baş ravvin David Lava həmin qadağanın dini və şəri heç bir əsasının olmadığını bildirib. O, qadağanın ləğvi üçün dini qurumlarla danışıqlarının davam etdiyini deyib.
 
Baş ravvin işğal altındakı Fələstin torpaqlarında bütün dinlərin bir arada yaşamasına zərər verən belə bir qadağanın qətiyyən qəbul edilməz olduğunu və bunun qarşısının alınmalı olduğunu söyləyib.
 
Qeyd edək ki, sionist İsrail rejimi Əl-Əqsa məscidi başda olmaqla işğal altındakı Fələstin torpaqlarındakı məscidlərdən azanın səsucaldanla verilməsinə qadağa qoymuşdur və İslam ölkələri ilə yanaşı, bəzi sionist çevrələrin də reaksiyasına səbəb olmuşdur. (deyerler) /

Google+ WhatsApp ok.ru