Barizani: İŞİD 2 dövlətin ordusunun imkanlarına malikdir

İraq Kürdüstan İqliminin başçısı Məsud Barizani deyib ki, terrorçu İŞİD qruplaşması 2 dövlətin ordusunun imkanlarına malikdir.
 
Əl-Cəzirə telekanalının məlumatına görə, İraq Kürdüstanı İqliminin başçısı- Məsud Barizani İŞİD-in hücumlarının qorxusundan Kürdüstana pənah gətirmiş dini azlıqların nümayəndələri ilə görüşdə çıxışı zamanı deyib ki,
pişmərgə qüvvələri iki dövlətin ordusunun imkan və silahlarına malik olan silahlı bir qruplaşma ilə müharibədədirlər.

Barizani əlavə edib ki, Kürdüstan İqliminin tabeliyində olan pişmərgə qüvvələri günbəgün daha artıq yerləri ələ keçirir və İŞİD terrorçularından təmizləyir. maide.az /

Google+ WhatsApp ok.ru