`Barselona` 28-ci dəfə İspaniya Kubokunun sahibi oldu

İspaniya kubokunda final oyunu keçirilib.
 
Trend-in məlumatına görə, oyunda "Barselona" və "Sevilya" qarşılaşıb.
 
Madrid şəhərində keçirilən qarşılaşma kataloniyalıların 2:0 hesablı qələbə isə başa çatıb. Qollar əlavə vaxtda - 97-ci (Xordi Alba) və 122-ci (Neymar) dəqiqələrdə vurulub.
 
Qeyd edək ki, "Barselona" bu mövsüm La Liqanın, "Sevilya" isə Avropa Liqasının qalibi olub.
 

Google+ WhatsApp ok.ru