Barselonada yüzlərlə həkim tətilə çıxıb

Barselonada yüzlərlə həkim tətilə çıxıb

Yüzlərlə ilkin tibbi-sanitariya yardımı həkimi noyabrın 26-da ağ xalat geyinərək Kataloniya Sağlamlıq İnstitutunun (ICS) qarşısına toplaşıblar.
 
Maide.Az "azərtac" agentliyinə istinadla xəbər verir ki, “Metges de Catalunya” həmkarlar ittifaqları birliyinin açıqladığına görə, onlar  çox işlədiklərinə etirazlarını bildirmək üçün tətilə çıxıblar. 
 
Həkimlər Barselonanın mərkəzi yollarından birini - Qran-Vianı bağlayaraq etiraz şüarları səsləndiriblər. Tətil bir həftə davam edəcək.
 
 
 

Google+ WhatsApp ok.ru