Baş verənlərin birinci dərəcəli məsulu ABŞ rəhbərliyidir

Maide.az-ın məlumatına görə, AK Partiyanın başçı köməkçisi Mehmet Əli Şahin ABŞ Hərbi Hava Qüvvələrinin İraqın şimalında olan İŞİD terror təşkilatının hədəflərinə qarşı hücumları barədə danışarkən, "ABŞ oraları qarışdırdı və getdi. İndi oranı havadan bombalayaraq, vəziyyəti düzəldəcəyini zənn edirsə, belə bir nəticəni heç kim gözləmir. Bütün bu baş verənlərin birinci dərəcəli məsulu ABŞ rəhbərliyidir", - deyib.
 
ABŞ-ın "Səddam Hüseyn nüvə silahı saxlayır" ittihamı ilə İraqı işğal etdiyini xatırladan Şahin belə davam edib: "İŞİD terrorçularını havadan bombalayaraq, nə nəticə əldə edəcəklər, onu birlikdə görəcəyik, amma bizim İŞİD-in əlində konsolluq işçiləri - 49 vətəndaşımız var. Bizim üçün onların sağlamlığı və gələcəyi hər şeydən daha əhəmiyyətlidir. Bu bombalama hadisəsindən onlar da zərər görsə, bundan ciddi şəkildə narahat olacağıq. 1990-cı illərdə İraqa girdilər, indi də havadan bombalayırlar, nə nəticə çıxacaq? Buradan müsbət bir nəticə gözləmirəm."

Google+ WhatsApp ok.ru