Baş vermiş zəlzələ ilə bağlı İranda  matəm günü elan olundu

Baş vermiş zəlzələ ilə bağlı İranda matəm günü elan olundu

-- Kirmanşah əyalətində baş vermiş zəlzələ 7 şəhər və 1930 kəndə ziyan vurub

İranda baş vermiş zəlzələ ilə bağlı matəm günü elan olunub.
 
Maide.Az "İRİB"-ə istinadən xəbər verir ki, İranın Nazirlər Kabineti bəyanat yayaraq ölkənin qərbində baş vermiş  acı və qəmli hadisə qurbanlarının ailələrinə başsağlığı verib və 14 noyabr tarixini ölkədə  matəm günü elan edib.
 
Nazirlər Kabineti zəlzələ baş vermiş bölgədə xilasetmə işləri aparan bütün qüvvələrə təşəkkür edib və  yenidən dövlət qurumlarını və nazirlikləri xilasetmə işləri üçün bütün qüvvələrini və güclərini səfərbər etməyi tapşırıq verib. 
 
Kirmanşah əyalətində baş vermiş zəlzələ 7 şəhər və 1930 kəndə ziyan vurub. İlkin açıqlamalara görə,  bu zəlzələ nəticəsində  30 min evə  ziyan dəyib. 
 
Qeyd edək ki, bu gün həmçinin  Kirmanşah əyalətində 3 gün matəm elan olunub.
 
Xatırladaq ki,  İraq-İraq sərhədində dünən axşam baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 445-a çatıb.  7156-dan çox adam isə yaralanıb.
 
İraq-İran sərhəddində dünən axşam baş verən zəlzələ ilə bağlı digər məlumatları buradan əldə edə bilərsiz. 
 

Google+ WhatsApp ok.ru