Bayılın sürüşmə ərazində yaşayan ailələrlə bağlı QƏRAR VERİLDİ 16 Fevral 2018 02:00 Xəbərlər -- 11 ay ərzində... "Bayıl sürüşmə sahəsində məskunlaşan ailələrlə bağlı Nazirlər Kabineti müvafiq sərəncamı imzalayıb". Maide.Az bildirir ki, Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimovun Publika.az-a verdiyi məlumata görə, Bayıl yamacında sürüşmə təhlükəsi olan ərazidən köçürülən 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqı ödəniləcək. Bunun üçün bu ilin dövlət büdcəsinin Ehtiyat Fondundan Səbail Rayon İcra Hakimiyyətinə müvafiq vəsait ayrılıb. Sürüşmə nəticəsində torpaq altında qalan 4 evlə bağlı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları araşdırma aparacaq. Həmin evlərin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləği 10 gün ərzində müəyyən edilməlidir. Teqlər : #Bayılın sürüşmə ərazində yaşayan ailələrlə bağlı QƏRAR VERİLDİ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İmam Rzanın (ə) hərəminin qızılı günbəzi yuyulur - VİDEO Meksika daxili işlər naziri helikopterlə qəzaya düşüb