Bayıl yamacında sürüşmə təhlükəsi olan 103 ev müəyyən edilib

Bayıl yamacında sürüşmə təhlükəsi olan 103 ev müəyyən edilib

-- buradakı evlərin 90%-ə qədəri 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25%-i....

"Mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində Bayıl yamacındakı sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyən edilib". Bu barədə Səbail Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini İsrafil Kərimov bildirib.
 
Onun sözlərinə görə, buradakı evlərin 90%-ə qədəri 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25%-i ötən əsrin 60-70-ci illərinin tikililəridir. Son 3 ildə burada 4 mövcud tikiliyə əlavələr edilib və hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına göndərilib, araşdırmalar gedir", deyə İ.Kərimov əlavə edib.
 
Rayon İcra Hakimiyyətinin təmsilçisi deyib ki, bir neçə evi çıxmaq şərti ilə, qalan evlər aztəminatlı insanlar və məcburi köçkünlər tərəfindən tikilən "gecəqondu"lardır, bütünlükdə ev tikintisi tələblərinə cavab vermir.
 
"Sürüşmə ilə bağlı araşdırmalara gəlincə, buradakı xarıcı mütəxəssislərin rəyinə görə, baş verən prosseslər daxili tektonik prosseslər olaraq, aktiv fazanın ilkin hissəsidir. Prosseslərin dərinləşməməsi üçün təkliflər paketi hazırlanaraq dövlət qurumlarına təqdim olunacaqdır".
 
İ.Kərimovun sözlərinə görə, bu rəylər bəzi qurumların sürüşməyə səbəb kimi tikinti və s. xarici amilləri göstərmə iddialarını alt-üst edir.
 
İ.Kərimovun sözlərinə görə, hazırda RİH-də yaradılan Qərargah üzvləri tərəfindən ərazidə aparılan araşdırmalar başa çatmaq üzrədir, yoxlamaların nəticələri ilə bağlı məsələyə hüquqi qiymət və ictimaiyyətə məlumat veriləcək, buradakı tikililərin gələcək taleyi isə huquqi müstəvidə həll olunacaq.
 
Xatırladaq ki, Bayıl yamacında sürüşmə bu ilin yanvarında aktiv fazaya keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşməyə səbəb kimi yağıntı miqdarının çox düşməsini və bir də burada aparılan tikinti işlərini göstərib. Eyni zamanda nazirlik sürüşmə zonası yaxınlındakı teleqüllənin hər hansı uçmaq təhlükəsi olmadığını bildirib.
 
Amma, yanvarın 24-dən etibarən sürüşmə zonasından olan 80 evin 390 sakini təhlükəsiz yerlərə, məktəblərə, sığınacaqlara köçürülüblər. (contact.az)

Google+ WhatsApp ok.ru