Bayram günlərində Bakıda həkimə müraciət edənlərin sayı artıb

Bayram günlərində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) müraciət edənlərin sayında artım müşahidə olunub. Bu barədə Trend-ə stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib.
 
Onun sözlərinə görə, adi günlərdə Bakıda gün ərzində təxminən 1800 çağırış olursa, bayram günlərində bu çağırışlar 2000-ə yaxın olub. O.Şahmalıyev qeyd edib ki, artımın səbəblərindən biri adi tibb müəssisələrinin bayram günlərində işləməməsidir.
 
O.Şahmalıyev əlavə edib ki, adi günlərdə olduğu kimi müraciətlər, əsasən, ürək-damar xəstəlikləri ilə bağlı olub./
 

Google+ WhatsApp ok.ru