Bayram günlərində yollar qana bulaşdı

Ramazan bayramı günlərində respublika ərazisində 56 yol nəqliyyat hadisəsi baş verib.
 
Bunu Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. 
 
Şöbə müdirinin sözlərinə görə, Ramazan bayramının başlaması ilə əlaqədar Yol Polisi gücləndirilmiş iş rejiminə keçib. 
 
Bununla belə son 4 gün ərzində ölkə ərazisində baş verən 56 qəzada 11 nəfər həyatını itirib, 76 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 
 
Yol qəzalarından doqquzu paytaxtda baş verdiyini deyən DİN rəsmisi, bu qəzalar nəticəsində 2 nəfərin öldüyünü, 25 insanın isə yaralandığını da əlavə edib. 
 
Rayonlarda baş verən qəzalarda 4 günə 9 nəfər dünyasını dəyişib, 23 nəfər xəsarət alıb.
 
Onun sözlərinə görə, daha çox iki avtomobilin toqquşması ilə bağlı qəzalar qeydə alınıb. 
 
Xatırladaq ki, Nazirləri Kabinetinin qərarına əsasən bu il ölkəmizdə Ramazan bayramı iyulun 17-si və 18-də qeyd olunub. Lakin əmək məcəlləsinə edilən dəyişikliyə əsasən iyulun 18-i şənbə gününə təsadüf etdiyindən ayın 20-si də istirahət günü kimi nəzərdə tutulub.anspress

Google+ WhatsApp ok.ru