Bayram günlərində təcili tibbi yardım stansiyalarının işi artıb

Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri Bakıda təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının işini artırıb.
 
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, 19 və 20 mart tarixlərdə Bakıda təcili tibbi yardım stansiyalarına edilən çağırışların sayında artım müşahidə edilib.
 
Belə ki, həmin günlərdə olan çağırışların sayı adi günlərdə qeydə alınan orta göstəricidən təxminən 6 faiz cox olub.
 
Bildirilib ki, bayram günlərində tibb müəssisələrinin əksəriyyəti tam fəaliyyət göstərmədiyindən yük, əsasən, təcili tibbi yardım stansiyalarının üzərinə düşüb. Ona görə də çağırışların sayı artıb. Adi günlərdə olduğu kimi, çağırışların əksəriyyəti böyüklərdə ürək-damar xəstəlikləri, arterial təzyiqlə bağlı olub./
 

 

Google+ WhatsApp ok.ru