Bayram günlərində rayon marşrutlarına 200-dən artıq əlavə avtobus çıxarılacaq

Bayram günlərində rayon marşrutlarına 200-dən artıq əlavə avtobus çıxarılacaq

Bayram günləri ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahə rəisi Məhəmməd Abdullayev deyib.
 
Onun sözlərinə görə, bayram günlərində sərnişin sıxlığının yaranmaması üçün kompleksə əlavə nəqliyyat vasitələri cəlb edilib:
 
"Dekabrın 25-dən Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib. Artıq sərnişinlərin sayında əhəmiyyətli dərəcədə artım var. Dekabrın 29-dan sərnişinlərin sayı adi vaxtlarla müqayisədə 2 dəfə artıb. Əgər adi günlərdə gün ərzində 300-ə qədər nəqliyyat vasitəsi ilə 7min 500 sərnişin yola salınırdısa, dekabrın 29-da 500-dən artıq nəqliyyat vasitəsilə 13 min nəfərdən çox sərnişin yola salınıb. Gücləndirilmiş iş rejiminə keçəndən sonra marşrutlara 200-dən artıq əlavə nəqliyyat vasitəsi cəlb etmişik. Dekabrın 30-31-də sərnişinlərin sayında artım gözləndiyi üçün bu günlərdə yenidən əlavə nəqliyyat vasitələrinin cəlb edilməsi gözlənilir. Çünki həmin günlərdə gün ərzində 16-18 min nəfər sərnişinin daşınması nəzərdə tutulur".
 
M. Abdullayev qeyd edib ki, təmsil etdiyi qurum yanvarın 7-dək gücləndirilmiş iş rejimində işləyəcək. /

Google+ WhatsApp ok.ru