Bayram günlərindəki yol qəzalarının statistikası açıqlanıb

Bayram günlərindəki yol qəzalarının statistikası açıqlanıb

Bayram günlərində ölkədə baş vermiş yol qəzalarının statistikası açıqlanıb.
 
Martın 22-də ölkə yollarında baş vermiş 9 yol qəzası 4 nəfərin ölümünə, 17 nəfərin isə yaralanmasına səbəb olub. Bərdədə iki avtomobilin toqquşması 2 nəfərin ölümü, daha 4 nəfərin xəsarət almasına, Cəlilabaddakı toqquşma isə 2 nəfərin ölümünə və 6 nəfərin yaralanmasına səbəb olub.
 
Bundan başqa, martın 21-də ölkə yollarında 9 yol qəzası nəticəsində 15 nəfər xəsarət alıb. Martın 20-də isə baş vermiş 9 yol qəzası 2 nəfərin həyatını itirməsi, 12 nəfərin isə xəstəxanaya yerləşdirilməsi ilə nəticələnib.
 
Martın 19-da baş vermiş 13 yol qəzasında isə 2 nəfər ölüb, 16 nəfər isə xəstəxanaya yerləşdirilib.
 
Ümumilikdə son 4 gündə ölkə yollarında baş vermiş qəzalar 8 nəfərin ölümü, 60 nəfərin isə yaralanmasına səbəb olub. (lent.az) /

Google+ WhatsApp ok.ru