Bayram günləri hava necə olacaq?

Bayram günləri hava necə olacaq?

-- Martın 21-24-də bəzi rayonlarda arabir güclənən qərb küləyinin əsəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində bayram günləri üçün hava proqnozunu açıqlayıb.
 
 
Maide.Az xəbər verir ki, Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. 
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 14-19, Bakıda  gecə  8-10, gündüz 16-18 dərəcə isti olacaq.
 
Martın 21-də hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək. 
 
Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10, gündüz  12-17, Bakıda  gecə  8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
 
Martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 11-16, Bakıda  gecə  6-8, gündüz 14-16 dərəcə isti  olacağı gözlənilir. 
 
Azərbaycanın rayonlarında martın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. 
Havanın temperaturu gecə 5-10, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 12-17 dərəcə isti olacaq. 
 
Martın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz  19-24, dağlarda gecə 2-5, gündüz 12-17 dərəcə isti olacaq.
 
Martın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 4-9, gündüz 19-24, dağlarda gecə 2-5, gündüz 12-17 dərəcə isti olacaq.
 
Martın 21-24-də bəzi rayonlarda arabir güclənən qərb küləyinin əsəcəyi gözlənilir. 
 

Google+ WhatsApp ok.ru