Bayram namazından sonra möminlər talassemiyalı uşaqları sevindirəcək

 
Fitr bayramı günü namazdan sonra talassemiyalı uşaqlara qanvermə aksiyası keçiriləcək.
 
Maide.az  məlumatına görə, sabah səhər saat 9-da "Məşədi Dadaş" məscidində bayram namazı qılındıqdan sonra talassemiyalı uşaqlara qanvermə aksiyası keçiriləcək.
 
Talassemiya mərkəzi qana ehtiyacın yaranması ilə bağlı məscidə müraciət etdikdən sonra belə qərara gəlinib./
 

Google+ WhatsApp ok.ru