Bayram namazı necə qılnır?

Bayram namazı necə qılnır?

Bayram namazı (Fitr və Qurban bayram namazları)  günəş doğduqdan sonra qılınır və Əsrin imamının (ə) qeybdə olduğu dönəmdə bu namazı qılmaq müstəhəbdir.
 
Bu namazı həm camaatla, həm də fərdi şəkildə qılmaq olar və o iki rükətdir: birinci rükətdə “Həmd” və “surə” oxunduqdan sonra beş təkbir deyilir və hər təkbirdən sonra bir qunut tutulur.
Beşinci qunutdan sonra növbəti təkbir deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir. İkinci rükətdə isə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz başa çatır.
Namaz qurtardıqdan sonra xanım Fatimeyi-Zəhranın (s.ə.) “təsbihatı” deyilir, möminlər haqda dua edilir.
 
Bu namazın qunutunda istənilən duanı oxumaq olar. Amma daha yaxşı olar ki, bu dua oxunsun:
 
اللَّهُمَّ أَهْلَ الْكِبْرِيَاءِ وَ الْعَظَمَةِ وَ أَهْلَ الْجُودِ وَ الْجَبَرُوتِ وَ أَهْلَ الْعَفْوِ وَ الرَّحْمَةِ وَ أَهْلَ التَّقْوَى وَ الْمَغْفِرَةِ أَسْأَلُكَ بِحَقِّ هَذَا الْيَوْمِ الَّذِي جَعَلْتَهُ لِلْمُسْلِمِينَ عِيدا وَ لِمُحَمَّدٍ صَلَّى اللَّهِ عَلَيْهِ وَ آلِهِ ذُخْرا وَ شَرَفا وَ مَزِيدا أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تُدْخِلَنِي فِي كُلِّ خَيْرٍ أَدْخَلْتَ فِيهِ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ وَ أَنْ تُخْرِجَنِي مِنْ كُلِّ سُوءٍ أَخْرَجْتَ مِنْهُ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ صَلَوَاتُكَ عَلَيْهِ وَ عَلَيْهِمْ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ خَيْرَ مَا سَأَلَكَ مِنْهُ عِبَادُكَ الصَّالِحُونَ وَ أَعُوذُ بِكَ مِمَّا اسْتَعَاذَ مِنْهُ عِبَادُك الْمُخْلصُونَ
 
Duanın oxunuşu: Əllahummə əhləl kibriyai vəl əzəməh, və əhləl cudi vəl cəbərut, və əhləl əfvi vər-rəhməh, və əhlət-təqva vəl məğfirəh, əs`əlukə bihəqqi hazəl yəvm, əlləzi cəəltəhu lilmusliminə iyda, və li Muhəmmədin səlləllahu ələyhi və alih, zuхrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali-Muhəmməd, və ən tudхiləni fi kulli хəyrin ədхəltə fihi Muhəmmədən və alə-Muhəmməd, və ən tuхricəni min kulli suin əхrəctə minhu Muhəmmədən və alə-Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə, inni əsəlukə хəyrə ma səələkə bihi ibadukəs-salihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muхləsun.
 
Duanın tərcüməsi: İlahi, Sən calal və əzəmət, bəxşiş və qüdrət, əfv və rəhmət, təqva və məğfirət sahibisən! Səndən istəyirəm ki, müsəlmanlar üçün bayram və Mühəmməd (Allahın salamı olsun ona və Əhli-beytinə) üçün zəxirə, şərəf və yüksək məqam təyin etdiyin bu günə xatir, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam göndərəsən, Mühəmməd və Mühəmmədin Əhli-beytini daxil etdiyin hər bir xeyir və səadətə məni də daxil edəsən, Mühəmməd və Mühəmmədin Əhli-beytini (Allahın salamı olsun ona və onlara) çıxartdığın hər bir şərdən məni də çıxarasan! İlahi, mən Səndən saleh bəndələrinin Səndən istədiklərini istəyir, saleh və xalis bəndələrinin Sənə sığındıqları ilə Sənə sığınıram!
(Maide.Az) 
 
 
 
 

Google+ WhatsApp ok.ru