Bayram və istirahət günlərində təcili yardıma müraciətlərin sayı artıb 05 Yanvar 2017 02:00 Sağlamlıq Dünya Azərbaycanlıların Həmrəyliyi Günü, Yeni il bayramı və istirahət günlərində (31 dekabr - 5 yanvar ) təcili yardıma daxil olan müraciətlərin sayı artıb. Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə APA-ya bildirib ki, bu da bayram və istirahət günlərində poliklinikaların işləməməsi ilə bağlıdır. Onun sözlərinə görə, adi günlərdə təcili yardıma gün ərzində 2000-ə yaxın müraciət daxil olurdusa, bayram günlərində onların sayı 2800-dən çox olub: “Bu günlərdə heç bir fövqəladə hal qeydə alınmayıb. Müraciətlər əsasən, soyuqdəymə, qızdırma və təcili yardıma aid digər hallarla bağlı olub. Ümumilikdə isə təcili yardım briqadaları bayram və istirahət gücləndirilmiş iş rejimində və növbətçilik əsasında fəaliyyət göstərib”. / Teqlər : #Bayram və istirahət günlərində təcili yardıma müraciətlərin sayı artıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Goranboyda əllidən çox azyaşlı arasında kəskin qrip virusu yayılıb - FOTO Bayram və istirahət günlərində 17 nəfər dəm qazından zəhərlənib
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir