Bayram və istirahət günlərində 17 nəfər dəm qazından zəhərlənib

Bayram və istirahət günlərində 17 nəfər dəm qazından zəhərlənib

Bayram və istirahət günlərində (31 dekabr-5yanvar tarixlərində) dəm qazından zəhərlənmə ilə bağlı 17 nəfər Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə  müraciət edib.
 
Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya bildirib ki, onlardan 8 nəfər xəstəxanaya yerləşdirilib. Dəm qazından zəhərlənənlərdən 2-si azyaşlı uşaq olub: “Onlar mərkəzdə müalicə olunduqdan sonra evə buraxılıblar. Dəm qazı ilə zəhərlənənlər arasında ölüm qeydə alınmayıb. Bu il havalar mülayim keçdiyindən bayram və istirahət günlərində müraciətlərin sayı ötən illə müqayisədə az olub. Ötən il bayram və istirahət günlərində mərkəzə 30-a yaxın müraciət olub”.
 
A. Maqsudov əlavə edib ki, ötən 5 gündə zəhərlənmə ilə bağlı 13 nəfər xəstəxanaya müraciət edib. Onların hər birinə lazımi tibbi yardım göstərilib. /

Google+ WhatsApp ok.ru