Bayraq Meydanının keçmiş rəisi azad edildi

Bayraq Meydanının keçmiş rəisi azad edildi

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov azadlığa çıxdı. Onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatdı. Hakimlər kolegiyasının qərarı ilə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri dəyişdirilib. Hökməəsasən Rəşad Məmmədov 2 il rəhbər vəzifə tutmaqdan məhrum edilib.
 
***
 
Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesində vəkillər çıxış edib.
 
 
Prosesdə Rəşad Məmmədovun vəkili Akif Əlizadə müdafiə çıxışı edərək, Rəşad Məmmədov barəsində bəraət hökmünün çıxarılmasını istəyib: “Həmin cinayət işində Rəşad Məmmədov təqsirkar deyil, bir başa zərərçəkəndir”.
 
İsfəndiyar İsfəndiyarovun vəkili İradə Cavadova müdafiə çıxışında bildirib ki, İsfəndiyar İsfəndiyarov 1 ildən çoxdur ki, günahsız yerə MTN təcridxanası yatıb:  “Onların heç bir qanunsuz hərəkətləri sübuta yetirilməyib. Buna görə bəraət hökmünün çıxarılmalıdır”.
 
Arzu Məmmədovun vəkili Gülnarə İlyasovada müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
 
Rəşad Məmmədov məhkəmədə son söz deyib. O bildirib ki, vəkilin dedikləri razıdır: “Günahım yoxdur, ədalətli qərarın çıxarmağınızı xahiş edirəm”.
 
İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovda son sözlərində barələrində bəraət hökmünün çıxarılmasını istəyib.
 
İsfəndiyarov çıxışında həbsdəki müddətdə ən rahat oktyabrın 17-i olduğunu deyib: “Həmin gün məlum adam nazirlikdən getdi. O nazirlikdə də, hamı bilir o hansı yuvanın quşudur. O günü bildim ki, azadlığa çıxacağam. Elə o günü mən zatən bəraət almışam”.
 
Hökm saat 17:00 elan ediləcək.
 
**
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Hakim Əlövsət Abbasovun sədrliyi keçirilən prosesdə  şahid qismində 10 nəfər ifadə verib. Daha sonra sənədlərin tədqiqi mərhələsini keçirilib. Məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında təqsirləndirilən şəxslərə 1 il 1 ay 8 gün iş istəyib. Məhkəmə mavirəyə gedib.
 
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov və onunla birgə ittiham olunan İ.İsfəndiyarov, A.Məmmədov  keçən il n may ayında həbs edilib. Dələduzluqda təqsirləndirilən şəxslər barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
 
Bu il mart ayının 4-də Səbail Rayon Məhkəməsi A.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişdirib və o, ev dustaqlığına buraxılıb.
 
Qeyd edək ki, R.Məmmədov ötən il may ayında həbs edilib. O, 1 il 1 aydan çoxdur həbsdədir. (lent.az)

Google+ WhatsApp ok.ru