Bayıl yamacında sürüşmə aktivləşdi 10 Fevral 2018 02:00 Hadisə -- evlərə ziyan dəyib Bu gün saat 14 radələrində Bayıl yamacında sürüşmə aktivləşib. Maide.Az bildirir ki, sakinlərin Lent.az-a verdiyi məlumata görə, yamacın təhlükəli ərazi elan edilmiş hissəsində - yuxarı tərəfdə torpaq sürüşməsinin aktivləşməsi müşahidə edilib. Nəticədə bir neçə evdə ziyan dəyib, işıq dirəkləri aşıb. Aidiyyatı qurumların nümayəndələri əraziyə gəlib. Qeyd edək ki, dünən axşamdan etibarən yağan yağış sürüşmə riskini daha da artırıb. Əlavə məlumat veriləcək. Teqlər : #Bayıl yamacında sürüşmə aktivləşdi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qaxda zəlzələ olub Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi azalıb