Bayılda 16 mərtəbəli binada çat əmələ gəlib

Bayılda 16 mərtəbəli binada çat əmələ gəlib

-- proseslər son günlərdə sürətlənib

Bakının Bayıl qəsəbəsi, Buxta küçəsi, 9 ünvanı (Bayılda sovet dönəmində tikilmiş 16 mərtəbəli binanın arxa hissəsi) boyunca ekzogen proses müşahidə olunmaqdadır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
 
O deyib deyib ki, proseslər son günlərdə sürətlənib və burada yaşayan əhali üçün təhlükə yaranıb.
 
Ekspedisiya rəisi burada hərəkət üçün eni cəmi 1 metr olan yolun olduğunu deyir və yolun beton qatı üstündə böyük çatın əmələ gəldiyini bildirir: "Amma yaşayış sıx olduğu üçün biz torpaq qatında müşahidələr aparmağa çətinlik çəkirik, boş torpaq sahəsi axtarırıq ki, torpaq qatındakı prosesləri müşahidə edə bilək".
 
Ə.Qaralov bildirir ki, artıq iki-üç gündür ki, mütəxəssislər proses gedən ərazini müşahidə altında saxlayırlar.
 
Ekspedisiya rəisi deyir ki, hadisənin baş verməsinə təbii aşınmalar, iqlim dəyişiklikləri, eyni zamanda burada hələ sovet zamanı terrasın kəsilməsi və evlər tikilərək ərazinin yüklənməsi də səbəb ola bilər.
 
Onun fikrincə, suvarma məqsədilə, eləcə də çirkabların axıdılması da prosesə öz təsirini göstərib.
 
"Hələlik bunlar bizim müşahidə etdiklərimizdir, daha dərin araşdırma başlanır və yəqin ki, yaxın vaxtlarda bəzi nəticələr əldə olunacaq", - Ə.Qaralov bildirib.
 
Xatırladaq ki, hazırda proses başa verən ərazi Bayıl yamacının bir hissəsidir. Bu il yanvarın ortalarında yamacda sürüşmə baş verdi. 100-ə qədər evin 400-ə yaxın sakini oradan köçürüldü, evləri dağılanlara kompensasiyanın veriləcəyi deyildi, sakinlərə ev kirayə tutmaq üçün vəsait ayrıldı.
 
Bayıl yamacında sürüşməyə səbəb kimi yamacın şaquli kəsilməsi və evlər tikilməsi, yeraltı çaylar, iqlim dəyişiklikləri göstərilib.(contact.az)

Google+ WhatsApp ok.ru