Bazar gününə olan hava proqnozu açıqlanıb

Bazar gününə olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu Abşeronda gecə 13-15°, gündüz 17-19° isti, Bakıda gecə 13-15° , gündüz 16-18° isti təşkil edəcək.
 
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək.
 
Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.
 
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər Lənkəran-Astara zonasında leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi gündüz arabir güclənəcək.
 
Havanın temperaturu gecə 11-16°, gündüz 18-23° isti, dağlarda gecə 0-4°, gündüz 5-10° isti təşkil edəcək.

Google+ WhatsApp ok.ru