Bazar günündə gözlənilən hava şəraiti açıqlanıb

Bazar günündə gözlənilən hava şəraiti açıqlanıb

Bazar günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 
 
Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 19 iyulda Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, zəif cənub küləyi əsəcək.
 
Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37, Bakıda  gecə 23-25, gündüz  35-37 dərəcə isti olacaq.
 
Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.   
 
Abşeron çimərliklərində zəif cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.  
 
Azərbaycanın bəzi rayonlarında  havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. 
 
Havanın temperaturu gecə 22-27, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz  23-28 dərəcə  isti olacaq. 
 
Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 19-da Abşeron yarımadasında zəif cənub küləklərinin üstünlüyü və günorta saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əsasən əlverişsizdir.
 

Google+ WhatsApp ok.ru