Bazar günü üçün hava proqnozu

Bazar günü üçün hava proqnozu

Fevralın 23-də Bakıda və Abşeronda yağmur gözlənilmir, səhər və axşam duman olacaq.
 
Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz +9 +13 dərəcə təşkil edəcək.
 
Ölkənin rayonlarında da yağmur gözlənilmir. Böyük və Kiçik Qafqaz Dağlarında temperatur gündüz +7 +12, gecə 0 +5 dərəcə təşkil edəcək.
Cənub regionunda da yağmur gözlənilmir, havanın temperaturu gündüz +8 +13 dərəcə, dağlarda gecə -2 -5 dərəcə təşkil edəcək.
 
Aran rayonlarında gündüz hava +15 dərəcəyə qədər isinəcək, gecə +3 +7 dərəcə isti olacaq. Zəif qərb küləyi əsəcək.
 

Google+ WhatsApp ok.ru